Qətərdə keçirilən 17 yaşadək futbolçulardan ibarət komandaların dünya çempionatının qalibi məlum olub.
QELEBE.AZ xəbər verir ki, həlledici görüşdə Portuqaliya və Avstriya üz-üzə gəlib. Matç portuqalların qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu Anisio Kabral vurub.
Portuqaliyanın U-17 yığması tarixində ilk dəfə dünya çempionu olub.