Qelebə.az / "Prezident Kuboku-2023" ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib

"Prezident Kuboku-2023" ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib

27-01-2023, 12:36

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Prezident Kuboku-2023" beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib.

Assosiasiyanın rəsmi internet səhifəsində yarışla bağlı məlumat da dərc olunub.

Qeyd edək ki, "Prezident Kuboku-2023" 4 - 7 mayda gerçəkləşəcək. AKAF-ın 2022-ci il, 21 - 23 oktyabrda təşkil etdiyi “Mingəçevir Reqatası” da Avropa Kanoe Assosiasiyasının təqvimində yer almışdı.

Geri qayıt