Qelebə.az / Super Liqa: “Eyüpspor” “Kayserispor”la bacarmadı

Super Liqa: “Eyüpspor” “Kayserispor”la bacarmadı

6-12-2025, 17:49

Türkiyə Super Liqasında XV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Eyüpspor” öz meydanında “Kayserispor”u qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib və görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hər iki komandanın aktivində 13 xal var və hazırda çempionatın müvafiq olaraq 15-ci və 16-cı pillələrində qərarlaşıblar.

Geri qayıt