Qelebə.az / "Neftçi" yeni baş məşqçisini açıqlayacaq: Müqavilə müddəti

"Neftçi" yeni baş məşqçisini açıqlayacaq: Müqavilə müddəti

9-12-2025, 11:33

Ötən ay Samir Abasovla yollarını ayıran "Neftçi" yeni baş məşqçisini ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, müvafiq posta ukraynalı mütəxəssis Yuri Vernidub gətirilib.

59 yaşlı məşqçi ilə 1 il yarımlıq müqavilə imzalanacaq. Əvvəlcə danışıqlarda ona yaya qədər komandaya rəhbərlik etmək təklif olunsa da, ukraynalı bununla razılaşmayıb. 

Dünən Misli Premyer Liqası çərçivəsində baş tutan "Sabah"-"Neftçi" (2:0) matçını stadiondan izləyən Yuri Vernidub rəsmi müqavilə imzalandıqdan sonra komandanı təhvil alacaq.

Geri qayıt