Qelebə.az / Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

12-12-2025, 11:35

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib.

Apasport.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.

O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək.

Həlledici görüş dekabrın 13-də olacaq.

Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.

Geri qayıt