Qelebə.az / Azərbaycan millisinin futbolçusu Gürcüstan klubuna keçib

Azərbaycan millisinin futbolçusu Gürcüstan klubuna keçib

28-01-2023, 15:29

Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Abdulla Xaybulayev "Sabah"da 15, yığmada isə 3 oyun keçirib.

Geri qayıt