Qelebə.az / ABL: XI tura start veriləcək

ABL: XI tura start veriləcək

22-12-2025, 09:31

Azərbaycan Basketbol Liqasında bu gün XI tura start veriləcək.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

Bakı İdman Sarayında "Ordu" "Naxçıvan"la üz-üzə gələcək. "Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"ı sınağa çəkəcək.

Hər iki görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, daha iki matç sabah baş tutacaq. XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.

Geri qayıt