Qelebə.az / İngiltərə Liqa Kuboku: “Arsenal” YARIMFİNALDA

İngiltərə Liqa Kuboku: “Arsenal” YARIMFİNALDA

24-12-2025, 02:22

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son qarşılaşma Londonda baş tutub.

“Arsenal” öz meydanında “Kristal Pelas”ı qəbul edib. Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.

Penaltilər seriyasında daha inamlı oyun nümayiş etdirən “topçular” rəqibini 8:7 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, “Arsenal” növbəti mərhələdə “Çelsi” ilə üz-üzə gələcək.

Geri qayıt