Qelebə.az / Braziliya klubu “Milan”ın təklifini rədd edib

Braziliya klubu “Milan”ın təklifini rədd edib

26-12-2025, 18:29

Braziliyanın “Korintians” klubu qapıçı Uqo Souza ilə bağlı qərarını açıqlayıb.

QELEBE.AZ xəbər verir ki, komanda “Milan”ın oyunçu üçün göndərdiyi təklifi rədd edib.

İtaliya təmsilçisi 26 yaşlı qapıçı üçün 6 milyon avro və əlavə olaraq 2 milyon avro bonus təklif edib. Lakin “Korintians” bu məbləği çox aşağı hesab edib.

Qeyd edək ki, “Korintians” futbolçunun hüquqlarının 60 faizinə, “Flamenqo” isə 40 faizinə sahibdir.

Geri qayıt