Qelebə.az / "Arsenal" ardıcıl beşinci qələbəsini qazanıb

"Arsenal" ardıcıl beşinci qələbəsini qazanıb

27-12-2025, 21:46

“Arsenal” qələbə seriyasını davam etdirərək ardıcıl beşinci oyunda da meydanı qalib tərk edib.

QELEBE.AZ xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi London təmsilçisi İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Brayton”u 2:1 hesabı ilə məğlub edib.

“Topçular” bundan əvvəl də uğurlu çıxışları ilə diqqət çəkmişdi. “Arsenal” ardıcıl oyunlarda “Klub Brügge”ni (3:0), “Vulverhempton”u (2:1), “Everton”u (1:0) və “Kristal Palas”ı məğlub etməyi bacarıb. 

Hazırda yaxşı formada olan “Arsenal” növbəti oyununu “Aston Villa”ya qarşı keçirəcək.

Geri qayıt