Qelebə.az / “Dortmund”un yarımmüdafiəçisi Türkiyə nəhənglərinin radarında

“Dortmund”un yarımmüdafiəçisi Türkiyə nəhənglərinin radarında

30-12-2025, 13:19

Emre Can karyerasını Türkiyədə davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, "Borussiya"nın (Dortmund) üzvü ilə İstanbul nəhəngləri maraqlanır. Söhbət "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça"dan gedir.

31 yaşlı futbolçu bu mövsüm cəmi 8 qarşılaşmada meydana çıxıb. Həm müdafiədə, həm də yarımmüdafidə oynaya bilən Emre bu qarşılaşmalarda 1 qol vurub.

Qeyd edək ki, onun Dortmund təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Geri qayıt