Qelebə.az / Türk əsilli almaniyalı futbolçu “Qalatasaray”a keçə bilər

Türk əsilli almaniyalı futbolçu “Qalatasaray”a keçə bilər

1-01-2026, 15:24

“Hoffenhaym”də çıxış edən Umut Tohumcu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, “Qalatasaray” türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə “Sabah” nəşri məlumat yayıb.

“Sarı-qırmızılar” Tohumcunu 5 milyon avroluq məcburi olmayan satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Umut Tohumcu “Hoffenhaym”ın yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

Geri qayıt