Qelebə.az / AVF rəsmisi beynəlxalq matça supervayzer təyin edilib

AVF rəsmisi beynəlxalq matça supervayzer təyin edilib

5-01-2026, 09:54

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.

QELEBE.AZ xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Altekma" və Niderlandın "Slidrext" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.

Geri qayıt