İspaniya Superkubokunda ilk finalçı bəlli olub.
QELEBE.AZ xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda “Barselona” “Atletik”lə üz-üzə gəlib.
Azarkeşlər qarşılaşmada 5 qolun şahidi olublar. Görüş kataloniyalıların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yarımfinalın digər matçında “Atletiko” “Real Madrid”lə qarşılaşacaq.