Qelebə.az / İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır

İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır

8-01-2026, 12:32

İngiltərəli mütəxəssis Harri Rednapp Londonun "Vest Hem" klubunun baş məşqçisi vəzifəsini icra etməyə hazır olduğunu bildirib.

Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı təyinat alacağı təqdirdə maaşdan imtina edəcəyini vurğulayıb:

“Mən pulsuz işləməyə hazıram. Kimsə mənə zəng etsə, bunu ödənişsiz edərəm. Futbolçularla işləməkdən zövq alıram".

Qeyd edək ki, London klubu İngiltərə Premyer Liqasında 14 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Vest Hem növbəti turda "Tottenhem"lə qarşılaşacaq.

Geri qayıt