Qelebə.az / Türkiyə Superkubokunun vaxtı dəyişdirilib

Türkiyə Superkubokunun vaxtı dəyişdirilib

9-01-2026, 17:22

“Fənərbaxça” ilə “Qalatasaray” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.

QELEBE.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma 19:45-ə keçirilib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi məlumat yayıb.

Matçın saatının dəyişdirilməsinə hava şəraiti səbəb olub.

Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Geri qayıt