Qelebə.az / "Əl İttihad" Benzema ilə müqavilə yeniləmək istəyir

"Əl İttihad" Benzema ilə müqavilə yeniləmək istəyir

12-01-2026, 10:45

“Əl İttihad” futbolçusu Kərim Benzema ilə müqaviləni uzatmaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu 38 yaşlı futbolçuya müddəti 2028-ci ilin yayına kimi olan müqavilə təklif etməyə hazırlaşır.

Benzemanın sözləşməsi bu yay başa çatır. O, bu mövsüm çempionatda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Geri qayıt