Bu gün “Neftçi” yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında Premyer Liqada növbəti matçını keçirəcək.
QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” doğma meydanda “Zirə”ni qəbul edəcək.
Matça saat 19:00-da start veriləcək. Qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.
Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar isə 28 xalla 3-cü yerdədir.
Misli Premyer Liqası
XVII tur
23 yanvar
19:00 Neftçi – Zirə
Baş hakim: Fərid Hacıyev
“Palms Sports Arena”