"Roma" futbolçusu Tommazo Baldantsini icarəyə verib.
QELEBE.AZ xəbər verir ki, italiyalı yarımmüdafiəçi "Cenoa"ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı oyunçu mövsümün ikinci yarısını "göy-qırmızılar"ın heyətində çıxış edəcək.
Qeyd edək ki, "Roma" Tommazo Baldantsini 2024-cü ilin yayında "Empoli"dən transfer edib.