Qelebə.az / Kosovo klubundan ayrıldı - I Liqa klubuna keçdi

Kosovo klubundan ayrıldı - I Liqa klubuna keçdi

24-01-2026, 15:28

Futbol üzrə Azərbaycan I Liqası təmsilçisi "Şəfa" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Elmir Tağıyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 5 ay + 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elmir Tağıyevin son klubu Kosovo təmsilçisi "Drenitsa" olub.

Geri qayıt