Qelebə.az / "Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR

"Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR

1-02-2026, 12:36

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub Jeremi Boqa transferini yekunlaşdırmaq üzrədir.

Bu barədə insayder Fabiritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, "Nitsa"nın hücumameylli yarımmüdafiəçisi karyerasını A Seriyası nəhəngində davam etdirəcək.

29 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turinə gəlib. "Yuventus" Boqanı 5 milyon avroya transfer etmək hüququ ilə icarəyə götürəcək.

Qeyd edək ki, 1 dekabrda "Nitsa" azarkeşlərinin ardıcıl altıncı məğlubiyyətindən sonra oyunçulara hücum etdiyi bildirilib. Fanatlar Boqanı və Terem Moffini döyüb, onların hər ikisinin artıq klubda oynamayacağını elan ediblər.

Geri qayıt