“Bavariya” futbolçusu Serj Qnabri ilə bağlı qərarını verib.
QELEBE.AZ xəbər verir ki, almaniyalı vingerin müqaviləsinin müddəti uzadılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 30 yaşlı oyunçu 2028-ci ilin yayına qədər Bavariya təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir.