Qelebə.az / Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

4-02-2023, 14:14

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, qadınlar arasında Yüksək Liqada II dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək

V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

Fevralın 7-də kişilər arasında Yüksək Liqada V turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.

Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.

Geri qayıt