Almaniyada II Bundesliqanda XXIII turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi "Kayserslautern" səfərdə "Proyssen Munster"lə qarşılaşıb.
Mahirin komandası 3:2 hesabı ilə qələbə qazanıb.
Emreli 88-ci dəqiqədə meydana daxil olub. Bu, Mahirin ötən ilin noyabrından bəri ilk oyunu olub.
Qeyd edək ki, “Kayserslautern” 37 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.