Qelebə.az / Qurbanov onu "gözdən çıxartdı" - Komandadan göndəriləcək

Qurbanov onu "gözdən çıxartdı" - Komandadan göndəriləcək

23-02-2026, 15:54

"Qarabağ"ın heyətində "təmizlik işləri" aparılacaq.

QELEBE.AZ saytının əldə etdiyi məlumata görə, ağdamlılar mövsümün əvvəlində Zaqreb "Dinamo"sundan icarəyə götürdüyü Sami Mmaeeni komandadan göndərəcək.

Buna səbəb, 29 yaşlı müdafiəçinin komandadakı nizam-intizam qaydalarını pozmasıdır.

Premyer Liqa klubu gözləntiləri doğrulda bilməyən Mərakeş millisinin üzvünün satınalma bəndindən yararlanmayacaq.

Qeyd edək ki, Sami bu mövsüm "Qarabağ"ın heyətində 15 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.

Geri qayıt