Qelebə.az / "Milan" altı ildən sonra antirekordu təkrarlayıb

"Milan" altı ildən sonra antirekordu təkrarlayıb

6-02-2023, 09:03

İtaliyanın "Milan" klubu altı ildən sonra antirekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, "rossionerilər" ardıcıl 4 qarşılaşmanın hamısında məğlubiyyətlə üzləşib.

Stefano Piolinin baş məşqçi olduğu kollektiv iki dəfə "İnter"ə, hərəsi bir dəfə olmaqla isə "Sassuolo" və "Latsio"ya yenilib.

Bu hal 2017-ci ilin yanvar-fevral aylarında da yaşanıb. Həmin vaxt hazırkı ölkə çempionuna Vinçentso Montella rəhbərlik edib.

Qeyd edək ki, ötən gün "Milan" A Seriyasının XXI turunda "İnter"ə 0:1 hesabı ilə uduzub. Komanda hazırda 38 xalla 6-cı pillədə qərarlaşıb.

Geri qayıt