Qelebə.az / Türkiyədə bütün daxili idman tədbirləri təxirə salınıb

Türkiyədə bütün daxili idman tədbirləri təxirə salınıb

6-02-2023, 12:47

Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.

"Report"un məlumatına görə, bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.

O bildirib ki, tədbirlər ikinci xəbərdarlığadək keçirilməyəcək.

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.

Geri qayıt