Türkiyənin “Hatayspor” klubunun daha iki üzvü dağıntılar altında qalıb.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
O bildirib ki, Super Liqa təmsilçisinin idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Xilasedicilər həm klub rəsmisinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər.
Qeyd edək ki, “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu və futbolçusu Burak Öksüz dağıntılar altından çıxarılaraq, xilas edilib.
Türkiyənin "Hatayspor" klubunun futbolçusu Burak Öksüz zəlzələdən sonra dağıntılar altından çıxarılıb.
"QELEBE.AZ" yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi anası ilə birlikdə xilas edilib.
Bundan əlavə, Hatay təmsilçisinin məşqçisi Gökhan Kağıtçıoğlunun da dağıntıların altından çıxarıldığı bildirilib.
Ölkənin tanınmış jurnalisti Ertem Şener klubun bəzi futbolçuları ilə əlaqənin kəsildiyini diqqətə çatdırıb.