AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda geridə qalan həftənin matçları müzakirə olunub.
"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5 000 manat ödəyəcək. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb.
"Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3 000 manat ödəməli olacaq.
"Neftçi" isə sözügedən görüşdə azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 8 000 manat cərimələnib.