Qelebə.az / Rauf Məmmədov "Airthings Masters"in I divizionunda növbəti görüşünü keçirəcək

Rauf Məmmədov "Airthings Masters"in I divizionunda növbəti görüşünü keçirəcək

7-02-2023, 08:42

Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, I turda məğlub olan 35 yaşlı qrossmeyster eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya uduzub - 1.5:2.5.

Qeyd edək ki, "Airthings Masters" fevralın 10-da başa çatacaq.

Geri qayıt