Qelebə.az / Rəşad Eyyubov Portuqaliya ilə oyunöncəsi mətbuat qarşısına çıxacaq

Rəşad Eyyubov Portuqaliya ilə oyunöncəsi mətbuat qarşısına çıxacaq

25-03-2026, 18:42

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyunu öncəsi açıq məşq keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məşq martın 26-da saat 13:45-də “Palms Sports Arena”da baş tutacaq.

Məşqdən əvvəl – saat 13:30-da isə U-21 yığmamızın baş məşqçisi Rəşad Eyyubovun iştirakı ilə brifinq təşkil olunacaq.

Geri qayıt