Qelebə.az / "İskendurunspor"un məşqçisi zəlzələdə həlak olub

"İskendurunspor"un məşqçisi zəlzələdə həlak olub

8-02-2023, 13:53

"İskendurunspor" futbol komandasının məşqçisi İbrahim Halil Ölmez Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı məlumat yayıb.

Mütəxəssis 39 yaşında dünyasını dəyişib.

"İskendurunspor" Türkiyə 2-ci Liqasında mübarizə aparır.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Geri qayıt