Qelebə.az / Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb

Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb

8-04-2026, 12:32

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Şose velosipedi üzrə U-23 yığmasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" turnirində iştirak edib.

130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.

Geri qayıt