Qelebə.az / AÇ: Hidayət Heydərov tatami üzərinə çıxacaq

AÇ: Hidayət Heydərov tatami üzərinə çıxacaq

Bu gün, 09:26

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulacaq.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla qarşılaşacaq.

Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.

Geri qayıt