Qelebə.az / Qış transfer pəncərəsində 4387 beynəlxalq transfer rəsmiləşib

Qış transfer pəncərəsində 4387 beynəlxalq transfer rəsmiləşib

9-02-2023, 17:46

FİFA qış transfer pəncərəsi ilə bağlı hesabatı açıqlayıb.

QELEBE.AZ saytının məlumatına görə, 2023-cü ilin əvvəlində 4387 beynəlxalq transfer rəsmiləşib.

Bu, 2010-cu ildən başlayan sistemləşdirmə dövrünün mütləq rekordudur. Bu keçidlərə 1,57 milyard dollar xərclənib.

Bu göstəricidə də 2018-ci ildəki rekord yenilənib. İndiki xərclər 5 il əvvəlkindən təxminən 230 milyon dollar artıqdır.

İngiltərə 898,6 milyon xərclə hamını qabaqlayır. Fransa 131,9 milyonla ikincidir.

Geri qayıt