Qelebə.az / "Xilasedici" Azərbaycan çempionu olub - FOTOLAR

"Xilasedici" Azərbaycan çempionu olub - FOTOLAR

Dünən, 19:57

Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib. 

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub. 

3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub. 

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər.

Geri qayıt