Almaniya Bundesliqasında XXX turun qarşılaşmaları davam edir.
Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 5 matç keçirilib.
“Hoffenhaym” öz meydanında “Dortmund”u 2:1 hesabı ilə məğlub edib. Eyni hesabla “Volfsburq” “Yunion”dan, “Auqsburq” isə “Bayer”dən üstün olub.
Digər görüşlərdə “Verder” “Hamburq”u 3:1 hesabı ilə məğlub edib, “Leypsiq” isə “Ayntraxt” üzərində eyni hesablı qələbə qazanıb.