Qelebə.az / "Sportinq"in futbolçusu A Seriyasında çıxış edə bilər

"Sportinq"in futbolçusu A Seriyasında çıxış edə bilər

Bu gün, 10:25

"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Milan" Fil Dişi Sahili millisinin üzvünün xidmətində maraqlıdır.

Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

"Rossonyerilər" Diomandeni uzun müddətdir yaxından izləyir. A Seriyası təmsilçisi 22 yaşlı futbolçunu yayda transfer etməyə çalışacaq.

Qeyd edək ki, "Sportinq" Usman Diomandeni 2023-cü ilin yanvarında "Midyullann"dan 14,5 milyon avroya transfer edib. Mərkəz müdafiəçisi bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.

Geri qayıt