Azərbaycanlı alpinist İsrafil Aşurlu 8000 metrdən yüksək növbəti zirvəyə qalxıb.
QELEBE.AZ xəbər verir ki, o, 8091 metr hündürlüyü olan Annapurna zirvəsini fəth edib və bununla da səkkizminlik zirvələr üzrə sayını 9-a çatdırıb.
Aşurlu daha əvvəl Everest də daxil olmaqla bir sıra yüksək dağ zirvələrinə qalxıb.
O, həmçinin keçmiş SSRİ ərazisində yerləşən bütün 7000 metrlik zirvələri fəth edən ilk azərbaycanlı alpinistdir.