Qelebə.az / Naxçıvanda cüdo üzrə region birincilikləri keçiriləcək

Naxçıvanda cüdo üzrə region birincilikləri keçiriləcək

Bu gün, 15:44

25–26 aprel tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə region birincilikləri keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq yarışlarda ümumilikdə 92 cüdoçu tatamiyə çıxacaq.

Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Geri qayıt