Fransa Liqa 1-də 26-cı turun təxirə salınmış oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, günün yeganə matçında PSJ doğma meydanda "Nant"ı qəbul edib.
Görüş Paris təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Kvaratsxeliyanın dublu, Duenin qoluyla aktivinə 3 xal yazdıran PSJ turnir cədvəlinin vahid lideridir.
Şəhərlilərin 29 oyuna 66 xalı var.