Qelebə.az / AÇ: Cəbrayıl Hacıyev yarımfinalda - YENİLƏNİR

AÇ: Cəbrayıl Hacıyev yarımfinalda - YENİLƏNİR

Bu gün, 10:46

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.

65 kq çəki dərəcəsində çıxış edən Rəşid Babazadə 1/8 finalda Almaniya təmsilçisi Niko Megerleyi 3:1 hesabı ilə məğlub edib. Bununla da idmançımız 1/4 final mərhələsinə yüksəlib. O, Bəşir Maqomedova 2:7 hesabı ilə məğlub olub.

97 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedov isə təsnifat mərhələsində Gürcüstanın olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Givi Matçaraşviliyə 2:3 hesabı ilə uduzub.

Azərbaycanın daha üç sərbəst güləşçisi – İslam Bazarqanov (57 kq), Kənan Heybətov (70 kq) və Cəbrayıl Hacıyev (79 kq) bu gün xalça üzərinə çıxaraq qüvvələrini sınayacaqlar.

Hacıyev Axsarbek Qulayevə 7:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.

Eyni zamanda, gün ərzində Azərbaycanın üç qadın güləşçisi də bürünc medal uğrunda mübarizə aparacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova üçüncü yer uğrunda qarşılaşmalara çıxacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Azərbaycan yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadın güləşçilərdən isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Geri qayıt