Qelebə.az / “Neftçi” - “Qarabağ” matçında neçə azarkeş olacaq?

“Neftçi” - “Qarabağ” matçında neçə azarkeş olacaq?

Bu gün, 13:25

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

QELEBE.AZ xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionuun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.

Geri qayıt