İspaniya La Liqasında XXXIII turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, lider "Barselona" səfərdə "Xetafe" ilə qarşılaşıb.
"Kataloniyalılar" rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.
"Atletiko Madrid" isə öz meydanında "Atletik"i sınağa çəkib. 5 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 3:2.
Günün digər oyunlarında isə "Valensiya" "Jirona"nı, "Alaveş" isə "Malyorka"nı 2:1 hesabı ilə məğlub etməyi bacarıb.