Qelebə.az / Premyer Liqa: Lider autsayderə qarşı - YENİLƏNİR

Premyer Liqa: Lider autsayderə qarşı - YENİLƏNİR

Bu gün, 10:05

Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün son oyunu Masazırda baş tutacaq.

Lider “Sabah” öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Karvan-Yevlax”ı qəbul edəcək.

“Bayquşlar” bu görüşdən qələbə ilə ayrılmaq niyyətindədir. Son iki matçını qalib başa vuran Yevlax təmsilçisi ilə oyunda da maksimum xal qazanmağı planlaşdırır.

Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Misli Premyer Liqası
XXIX tur

20:00. "Sabah" - "Karvan-Yevlax"

Geri qayıt