Qelebə.az / "Fənərbaxça"nın qolkiperi: "Üzr istəyirəm"

"Fənərbaxça"nın qolkiperi: "Üzr istəyirəm"

Bu gün, 11:53

“Fənərbaxça” Türkiyə Super Liqasının XXXI turu çərçivəsində səfərdə “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olub.

QELEBE.AZ xəbər verir ki, oyunda ikinci sarı vərəqədən qırmızı vərəqə alan “sarı-lacivərdlilər”in qapıçısı Ederson bir sıra açıqlamalar verib.

Braziliyalı qolkiper rəsmi sosial media hesabında azarkeşlərdən üzr istəyib:

“Bu gecə baş verən hadisələrə görə azarkeşlərdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Hakimin qərarı yanlışdır və hələ də bununla razılaşmıram. Bizə qarşı haqsızlıq edildiyini düşünürəm".

Geri qayıt