“Dalğa Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.
QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.
Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.