Qelebə.az / Elmar Baxşıyev: “Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik”

Elmar Baxşıyev: “Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik”

10-02-2023, 17:27

“Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik. Buna görə də görüş heç-heçə yekunlaşdı”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis komandasının çıxışından razılıq bildirib: “Heyətdə həftə ərzində kollektivlə birgə məşq etməyən futbolçular var idi. Onların durumu da qeyri-müəyyən idi. İsnik Alimi məşq prosesində iştirak etməsə də, oyunda meydanda oldu və komandaya öz faydasını verdi. Futbolçulardan razı qaldım, istədiyimi tam şəkildə ortaya qoyurdular”.

Geri qayıt