“Fənərbaxça” klubunda növbədənkənar seçki keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, bunu klubun prezidenti Sadettin Saran açıqlamasında bildirib.
O qeyd edib ki, mövsüm ərzində bəzi qərarları çempionluq yarışına zərər verməmək üçün şüurlu şəkildə təxirə salıblar:
“Mövsüm boyu bəzi qərarları çempionluq yarışımıza zərər verməməsi üçün şüurlu şəkildə ertələdik. Lakin gəlinən nöqtədə bu prosesi daha da uzatmağın doğru olmadığı aydındır.
Bu səbəbdən, ictimaiyyətə verdiyimiz sözə uyğun olaraq, 6-7 iyun tarixlərində növbədənkənar seçkili Ümumi Yığıncağımızın keçiriləcəyini ictimaiyyətin diqqətinə çatdırıram.
Bu qərarı "Fənərbaxça"nın önünü açmaq və camiəmiz üçün yeni bir səhifə açmaq üçün verdim.
Hədəflərimiz üçün hər şeyi ortaya qoyduq, lakin bu gün istədiyimiz nöqtədə deyilik. Bu müddətdə göstərdiyimiz mübarizəyə və niyyətimizə inamım tamdır”.
Saran vəzifədən ayrılmağın da məsuliyyət olduğunu bildirib:
“Bu vəzifə şəxsi seçimlərlə deyil, doğru zamanda doğru qərarları verə bilmək məsuliyyəti ilə daşınır. "Fənərbaxça" heç vaxt şəxslərin kölgəsində qalmamalıdır.
Bu gün də, sabah da bizi güclü edəcək əsas amil – kim olursa olsun, "Fənərbaxça" ətrafında birləşə bilmə iradəmizdir.”