“Neftçi” klubu cərimələnib.
QELEBE.AZ xəbər verir ki, qərarı AFFA İntizam Komitəsi çıxarıb.
Cəza Misli Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu zamanı baş verən hadisələrə görə tətbiq olunub.
“Ağ-qaralar” azarkeşlərin meydana kənar əşyalar atmasına və kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 13 min manat cərimə edilib.
Qeyd edək ki, oyun “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.